Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ və İran arasında tam formatlı azad ticarət sazişi qüvvəyə minib

Aİİ və İran arasında tam formatlı azad ticarət sazişi qüvvəyə minib


2025-ci il mayın 15-də Avrasiya İqtisadi İttifaqı ilə onun üzv dövlətləri ilə İran arasında tam formatlı azad ticarət sazişi qüvvəyə minib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, müqavilə Aİİ ölkələrindən olan istehsalçıların İran bazarına çıxışı üçün unikal şərait yaradır.

Avrasiya İqtisadi Komissiyası qeyd edib ki, İttifaqdan İrana tədarük edilən mallar üçün gömrük idxal rüsumlarının orta dərəcəsi 20%-dən 4,5%-ə endiriləcək.

Tam formatlı sazişin həyata keçirilməsi çərçivəsində tərəflər 2025-ci ilin ikinci yarısına planlaşdırılan birgə komitənin birinci iclasının təşkilinə başlayıblar.

Tədbir zamanı Avrasiya İqtisadi İttifaqı ilə İran İslam Respublikası arasında ticari-iqtisadi əməkdaşlığın gələcək inkişafının konkret məsələlərinin müzakirəsi planlaşdırılır.

Yeni saziş Aİİ və İranın bütün məhsul çeşidinin 90%-nə güzəştli çıxışla bağlı qarşılıqlı öhdəliklərini təsdiq edir.

Cavid İmaməliyev
Xəbəri paylaş