Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KKTC Baş naziri: Rumların ağlında sülh yox, müharibə var

KKTC Baş naziri: Rumların ağlında sülh yox, müharibə var



“Kıbrıs rumlarının fikri sülh deyil, müharibədir”.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin baş naziri Ünal Üstel deyib. Baş nazir Cənubi Kipr Rum Administrasiyasının (GKKK) ölkəsində mülk alanlara qarşı başlatdığı hərəkətlərin cavabsız qalmayacağını söyləyib:

Üstel Rum Administrasiyasına qarşı alınacaq tədbirlərlə bağlı prezident Ersin Tatar və Türkiyə ilə məsləhətləşdiklərini vurğulayıb və görüləcək tədbirlərin gələn həftə açıqlanacağını qeyd edib:

"Cənubi Kipr Rum Administrasiyası AB üzvlüyündən körpü deyil, təzyiq vasitəsi kimi istifadə edir. Kipr türkləri indi təkcə embarqolarla deyil, həm də siyasi şantaj və iqtisadi təxribat cəhdləri ilə qarşı-qarşıya qalıb".

Baş nazir Üstel Kipr türk xalqının heç bir haqsızlığa boyun əyməyəcəyini diqqətə çatdırıb:

"Kipr Rum Administrasiyası sülhdən danışsa da, onların ağlında müharibə olduğunu anlayırıq. Əgər beynəlxalq ictimaiyyət həqiqətən adada daimi həll istəyirsə, Kipr Rum Administrasiyasını dayandırmalıdır".

Süleyman
Xəbəri paylaş