Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin İstanbula nə üçün getmədi? Ekspert səbəbi açıqladı

Putin İstanbula nə üçün getmədi? Ekspert səbəbi açıqladı


"İstanbulda nəzərdə tutulan Rusiya və Ukrayna arasında liderlərin görüşmək təklifinin Vladimir Putin tərəfindən irəli sürülməsinə rəğmən, sonradan Kreml rəhbərinin danışıqlar prosesi üçün Türkiyəyə getməməsi, ortada ciddi səbəbin olmasından xəbər verir.

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, hazırda ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq ölkələrinə səfər edir və səfər çərçivəsində verdiyi açıqlamalarda Türkiyənin vasitəçiliyində baş tutacaq Rusiya və Ukrayna arasında danışıqlar prosesinə də yer ayırıb:

"Tramp, Putinin İstambula gələcəyi təqdirdə, onun da bu görüşdə iştirak etməsi mümkündür, deyib. Putinin Türkiyəyə gəlməməsi və danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərməsinin əsas səbəbi bununla bağlı ola bilər. Ümumiyyətlə Putinin son addımlarına diqqət yetirsək görərik ki o, ABŞ-ı və xüsusilə də Trampı danışıqlar prosesindən uzaqlasdırmaq istəyir. Buna səbəb kimi ABŞ və Rusiya arasında danışıqlar prosesi fiaskoya uğrayıb desək yanılmarıq. Məhz bu səbəbdən Putinin danışıqlar prosesinin platformasını dəyişməsi və məkan olaraq İstanbulu seçməsi də təsadüfi deyil"

Çingiz Şahbazi bildirib ki, Putinin bu addımı Türkiyə vasitəçiliyində İstanbulda danışıqlar prosesini davam etdirmək təklifi , əslində ABŞ-ın proseslərdən kənarlaşdırılmasına xidmət edir:

"Böyük ehtimalla danışıqlar prosesi baş tutacaq və məhsuldar olacağı ehtimalı daha çoxdur. Qarşılıqlı ittihamlar səslənməməsi təqdirdə bir çox razılaşmalar əldə ediləcəkdir. Bura ABŞ-ın proseslərə təsir etmək imkanlarını məhdudlaşdırmaq da daxildir".

Anar Əliyev
Xəbəri paylaş