
Qazaxıstan müvəqqəti olaraq iribuynuzlu heyvanların ixracına qadağa qoyub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Kənd Təsərrüfatı Nazirliyi yayıb. Nazirlikdən verilən məlumata görə, 3 ay müddətinə respublika ərazisindən iribuynuzlu heyvanların ixracı müvəqqəti olaraq qadağan edilib. Nazirliyin xarici ticarət və beynəlxalq iqtisadi təşkilatlarda iştirak üzrə idarələrarası komissiyası belə qərar qəbul edib. Qadağa mayın 15-dən qüvvəyə minib.
Bildirilib ki, bu tədbir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və emal müəssisələrinin işinin canlandırılması məqsədilə həyata keçirilib.
Cavid İmaməliyev