Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya üçün Türkiyə danışıqları ABŞ -ın verdiyi son şansdır

Rusiya üçün Türkiyə danışıqları ABŞ -ın verdiyi son şansdır


"Türkiyədə keçirilən Rusiya- Ukrayna danışıqlarının növbəti raundu olacaq. Prezident R. T. Ərdoğanın V. Zelenski ilə danışıqlardan V. Putinlə telefonla danışması istisna deyil. İki lider arasında əsas vasitəçi məhz R. T. Ərdoğandır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, Avropa İttifaqı və ABŞ Türkiyənin vasitəçiliyinə destek verəcəklər:

"Əgər, Türkiyə danışıqları nəticəsiz qalarsa, ABŞ və Avropa ölkələri Ukraynaya ordu göndərə bilər. Rusiya üçün Türkiyə danışıqları ABŞ -ın verdiyi son şansdır".

Məhəmməd Əsədullazadə onu da vurğulayıb ki, Rusiyanıı danışıqlarda təmsil edən XİN müavini M. Qaluzin kifayət qədər ciddi və Kremlin ağır artilleriyasidir:

"İlk danışıqlarda hər hansı bir müsbət nəticə olmayacaq. Rusiya bu danışıqlarda bir müddət manipulyasiya edəcək, yaxud öz təkliflərinin qəbul edilməsinə çalışacaq".

Süleyman
Xəbəri paylaş