Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlar Ankaraya səfər edəcəklər

Deputatlar Ankaraya səfər edəcəklər


Milli Məclisin deputatları Əziz Ələkbərov, Qaya Məmmədov, Ramil Həsən, Məlahət İbrahimqızı, Tənzilə Rüstəmxanlı mayın 18-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.

Newscenter.az-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, milət vəkilləri "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" adlı beynəlxalq konfransda iştirak edəcəklər.

Səfər zamanı deputatlar, həmçinin Türkiyə Böyük Millət Məclisi, Ədalət və İnkişaf Partiyasının rəsmiləri ilə təşkil olunacaq görüşlərə də qatılacaqlar.

Səfər mayın 22-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş