
Əhmədlidə bir ailə ilanın girovuna çevrilib.
Newscenter.az xəbər verir ki, bu barədə ailənin yaxınları məlumat verib. Bildirib ki, həyətə uzunluğu 1 metrdək olan ağ rəngli ilan girib.
İlan həyətdəki avtomobilin altında peyda olub. Ailə qorxudan mənzili tərk edib gündəlik ərzaq məhsulları da ala bilmir.
Məlumata görə, xoşagəlməz hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət edilibb. Hələlik isə heç bir kömək göstərilməyib.
Anar Əliyev