
Göyçayda məktəbli qız itkin düşüb.
Newscenter.az-ın xəbərinə görə, 8 yaşlı Aysu Babayeva bu gün səhər saatlarında məktəbə getsə də, lakin dərs bitdikdən sonra evə qayıtmayıb. Yaxınlarının verdiyi xəbərə görə, hadisə rayonun Hacalı kəndində baş verib.
Baş vermiş hadisə ilə bağlı Aysunun ailəsi polisə də məlumat verib.

Anar Əliyev