Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Asiya ilə Çin arasında sərhəd keçidləri sadələşdiriləcək

Mərkəzi Asiya ilə Çin arasında sərhəd keçidləri sadələşdiriləcək


Astanada Mərkəzi Asiya ölkələri və Çinin nəqliyyat nazirlərinin ikinci görüşü keçirilib.


Mərkəzi Asiya ilə Çin arasında sərhəd keçidlərini sadələşdirmək üçün elektron nəqliyyat sənədlərinin tətbiqi proqramı həyata keçiriləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məsələ Astanada Mərkəzi Asiya ölkələri və Çinin nəqliyyat nazirlərinin ikinci görüşü zamanı müzakirə edilib.

Bu proqram elektron sənəd dövriyyəsini və yüklərin hərəkətini onlayn izləmək imkanı verir. Xarici icazə blanklarının (İİB) mübadiləsi üçün elektron mexanizmin yaradılması da görüşdə müzakirə edilib.

Görüşün yekunu olaraq tərəflər arasında iki sənəd imzalanıb. Bunlardan biri beynəlxalq avtomobil daşımalarında rəqəmsallaşma sahəsində əməkdaşlığa dair anlaşma memorandumu, digəri isə nəqliyyat agentlikləri arasında anlaşma sənədidir.

Qeyd edək ki, görüşdə Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistanın nəqliyyat nazirləri, o cümlədən Türkmənistan Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmetxan Çakiyev və Özbəkistanın nəqliyyat nazirinin birinci müavini Mamanbiy Ömərov iştirak ediblər.

Cavid İmaməliyev
Xəbəri paylaş