Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Narkotik alverçilərinə qarşı cəzalar ağırlaşdırılmalıdır

Narkotik alverçilərinə qarşı cəzalar ağırlaşdırılmalıdır


"Narkotik alverçiləri, narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı cəzaların daha da ağırlaşdırılmasına ehtiyac var. Çünki onlar gələcəyimizi məhv edir, gənclər arasında pis vərdişlər yayır".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Səyavuş Npvruzov deyib. Millət vəkili bildirib ki, İranda narkotik alverçiləri, dğvriyyəçiləri üçün bir cəza var, o da ölüm cəzasıdır:

"Düzdür, bizdə ölüm hökmü ümummilli lider Heydər Əliyev tərəfindən ləğv edilib. Ancaq hesab edirəm ki, bu kimi şəxslərə qarşı cəzaların daha da ağırlaşdırılmasına ehtiyac var".

Süleyman
Xəbəri paylaş