Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanla Tatarıstan arasında ticarət dövriyyəsi 500 milyon dolları keçir

Qazaxıstanla Tatarıstan arasında ticarət dövriyyəsi 500 milyon dolları keçir


Qazaxıstan və Tatarıstan arasında ticarət dövriyyəsi 500 milyon dolları keçir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Kazanda keçirilən "Rusiya - İslam dünyası: KazanForum" iqtisadi forumunda Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Asset Nussipov deyib.

"Ötən il Qazaxıstanla Tatarıstan arasında ticarət dövriyyəsi 579,9 milyon dollar təşkil edib. O cümlədən, ixrac 95,8 milyon dollar, idxal 484 milyon dollar olub. Qazaxıstan Tatarıstana əsasən ferroərintilər, təkərlər, traktorlar kimi mallar ixrac edir",-deyə Nussipov vurğulayıb.

Bildirilib ki, idxal edilən mallar arasında əsasən neft məhsulları, qara metal borular, şinlər və gübrələr, o cümlədən 23 milyon dollarlıq avtomobillər və 20 milyon dollarlıq ədviyyatlar olub.

Anar Əliyev
Xəbəri paylaş