Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya İstanbul danışıqlarını pozdu

Rusiya İstanbul danışıqlarını pozdu


"Rusiya İstanbul danışıqlarını ilk gündən pozmuş oldu. Rusiya nümayəndə heyəti Ukrayna qoşunlarının atəşkəs müqabilində beş regiondan tam çıxarılmasını tələb edir. Rusiya tərəfi bunu Ukraynanın beş regionunun konustitusiyaya görə Rusiya "ərazisi kimi" qəbul etməsidir. Ukrayna tərəfi bele bir şərti rədd edib".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, Rusiya tərəfindən irəli sürülən belə bir şərt danışıqları sabotaj etmək və ABŞ-ı ələ salmaqdır:

"Belə çıxır ki, sabah Ukrayna da konustitusiyada dəyişiklik edib, Kursku öz ərazisi elan edə bilər və Rusiya qoşunlarının bu ərazilərdən çıxarılmasını tələb edə bilər.

Ukrayna Rusiyadan ərazilərindən çıxarılmasını tələb etmək əvəzinə, Rusiya Ukraynadan öz ərazilərindən geri çəkilməsini tələb edir. Bununla da Kreml atəşkəsdə maraqlı olmadığını nümayiş etdirir. Belə bir şərtin verilməsi V. Putinin danışıqları manipulyasiya etdiyini göstərir. Həmçinin, Putin əmindir ki, D. Trampı öz absurd təklifinə razı salacaq.
V. Putin hesab edir ki, D.Tramp atəşkəs rejiminin tətbiqinə görə Ukraynaya təzyiq etməli və Ukraynadan tələb etməlidir ki, Rusiyanın istədiyi əraziləri tərk etsin.

Təbii ki, ABŞ, bu şərtlə razılaşa bilməz. V. Putin Türkiyənin vasitəçiliyini heçə endirmiş olur. Halbuki R.T.Ərdoğandan danışıqlarda vasitəçilik etməsini xahiş etmişdir".

Süleyman
Xəbəri paylaş