
"Kiçik supermarketlərdə gündəlik onlarla oğurluq hadisəsi baş verir. Həmin oğurluq hallarının çoxu məhz qadınlar tərəfindən həyata keçirilir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili bildirib ki, supermarketlərdən oğurluq edən qadınların mütləq əksəriyyəti yağ və ya ət məhsulları götürür:
"Hesab edirəm ki, bu da müəyyən mənada ailələrdə sosial durumun yaxşı olmaması ilə bağlıdır".
Millət vəkili qeyd edib ki, sözügedən problemin həlli istiqamətində müəyyən addımların atılmasına ehtiyac var.
Süleyman