
İyunun 1-dən Özbəkistanda sürət kameraları müəyyən cərimələri qeyd etməyəcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə hökumətin bu gün dərc olunan qərarında deyilir.
Qərara əsasən, xüsusi avtomatlaşdırılmış foto və videoçəkiliş proqram və texniki vasitələrindən istifadə etməklə yol hərəkəti qaydalarının pozulması hallarının qeydə alınmasına yol verilmir;
Həmçinin, istənilən növ stasionar və mobil radarların yerləşdiyi ərazilərdə və onlardan ən azı 250 metr və 500 metrdən çox olmayan məsafədə “Radar” yol nişanının quraşdırılması məcburi olacaq.
Digər nəqliyyat vasitələrinin avtobuslar üçün nəzərdə tutulmuş “A” zolaqlarından saat 23:00-dan 06:00-a kimi istifadəsinə icazə verilir. Göstərilən vaxt ərzində bu zolaqlarda hərəkət etmək mümkün olacaq və bu, pozuntu sayılmayacaq.
Cavid İmaməliyev