
Rusiyanın Azərbaycandakı "5-ci kolon"u artıq hərəkətə keçib. Moskva düyməyə basıb. İmişlidə qanlı SSRİ imperiyasının bayrağını dalğalandıranların və rus şovinizminin simvolu "Georgi lenti' ni yaxasından asıb meydana çıxanları cəbhə iqtidarı dövründə Bakı şəhərinin prokuroru olmuş, sonra deputat mandatı verilmiş Çingiz Qənizadə mətbuatda müdafiəsinə qalxıb. Hələ şantaj da edir ki, həmin şəxslərin üzərlərinə getməyin intihar edərlər. Onlar tanınmış ziyalıdırlar, ağsaqqaldırlar, xidmətləri olub və s. deyərək tərifləyib də. Ç. Qənizadə görünür ağsaqqal, və ziyalı sözlərini hərfi mənada anlayır. Özü də həmin təriflədiyi kateqoriyanın nümayəndəsidir. Sinələrinə şovinist lenti taxıb imperiya bayrağını qaldıranların heç birinin Azərbaycan xalqına və dövlətçiliyinə faydası olmayıb. Öz mənafeləri üçün Ç.Qənizadə kişilərindən istifadə ediblər. Saleh Səmədova gəldikdə dələduzluğuna görə Qafqazlı sayağı illər öncə cəzalandırılıb və "Qafqaz əsiri" filmindəki kolxoz sədri kimi otura bilmir. Rusiyanın Azərbaycandakı " 5-ci kolonu" nun nümayəndələri hücrələrdən çıxarılır. Konfulyaj olunanlar da özləri özlərini daha yaxşı ifşa edəcəklər. Hesab edirəm ki, cəmiyyət belələrini zərərsizləşdirməkdə və viruslardan təmizlənməsində tam haqlıdır
Əli Orucov, politoloq