Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amur çayında gəmiçilik bərpa ediləcək

Amur çayında gəmiçilik bərpa ediləcək


Amur çayında gəmiçilik yenidən bərpa edilə bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu məqsədlə Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyin rəhbəri Andrey Tarasenko Çinlə birgə Amur çayında naviqasiyanın bərpası üzrə işlərin aparılmasını təklif edib.

"Bizim qarşımızda nəqliyyat və logistika, infrastrukturun inkişafı, Rusiya və Çin sərhədindəki əsas liman zonaları sahəsində ölkələrimiz arasında münasibətləri daha da gücləndirmək vəzifəsi durur. Biz çayın, ölkənin üçdə birini birləşdirən bu magistralın bütün imkanlarından istifadə etməliyik. Biz bundan istifadə etmirik",-deyə Andrey Tarasenko bildirib.

O qeyd edib ki, xüsusilə çay qovşaqlarının inkişafını nəzərə alsaq, çay boyu müxtəlif yüklərin və boş konteynerlərin daşınması mümkündür.

Cavid İmaməliyev
Xəbəri paylaş