
"Avropanın enerji təhlükəsizliyndə mühüm rol oynayan ölkəmiz üçün təbii ki, bu cür platformalarda iştirak mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz Cənub Qaz Dəhlizi kimi strateji layihələrdə mühüm rol oynayır və Avropanın 10 ölkəsinə qaz tədarük edən enerji ölkəsi kimi rolu da durmadan artmaqdadır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O qeyd edib ki, eləcə də ölkəmizin Qərb və Şərqin kəsişməsində yerləşməsi ölkəmizin strateji və geosiyasi əhəmiyyətini artırır:
"Ən əsası isə ölkəmizin Cənubi Qafqaz regionunun lider dövləti olması, həm Qərb, həm də islam ölkələri və türk dünyası ölkələri ilə qarşılıqlı faydalı münasibətlər quran dövlət olması müxtəlif siyasi platformalarda aparıcı mövqedən çıxış etməyə imkan verir.
Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində bu gün ölkəmizin siyasi və iqtisadi potensialının artdığını, regionda söz sahibi olan dövlətə çevrilməsini, beynəlxaql miqyasda nüfuzunun artdığını hər kəs qəbul edir. Artıq Azərbaycana xoş münasibət bəsləməyən dairələr belə ölkəmizin dünyaya inteqrasiya edən, kifayət qədər açıq dövlət olduğunu, geniş xarici iqtisadi əlaqələr quran, beynəlxalq siyasi təşkilatlarda fəal iştirak edən, mədəniyyətlərarası dialoqa töhfə verən ölkə olaraq qəbul edirlər və hesablaşırlar".
Süleyman