Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tirana sammitini Bakının diplomatik uğuru kimi qəbul etmək lazımdır

Tirana sammitini Bakının diplomatik uğuru kimi qəbul etmək lazımdır



"Tiranada keçirilən sammiti sözsüz ki, Bakının diplomatik uğuru kimi qəbul etmək lazımdır. Bu tədbir ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir.

Məlumdur ki, Avropa Siyasi Birliyi sammiti Avropa ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün 2022-ci ildə yaradılmış bir platformadır. Məqsəd Avropa ölkələrinin öz siyasətlərini əlaqələndirilməsi, qitədə təhlükəsizlik, sabitlik və inkişfın təmin edilməsi, xüsusilə də Ukraynada müharibə səbəbilə başlayan enerji böhranından çıxış yollarının tapılması üçün siyasi dialoqa və əməkdaşlığa kömək etməkdir. Avropa Siyasi Birliyinə Avropa İttifaqının üzvü olmayan ölkələr, o cümlədən Böyük Britaniya, Azərbaycan, İslandiya, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan və Ermənistan da daxildir".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, bu dəfəki sammit sayca altıncı sammitdir və “Yeni dünyada yeni Avropa: birlik - əməkdaşlıq - birgə fəaliyyət” devizi altında keçirildi:

"Müzakirə olunan mövzular sırasında Rusiyanın Ukraynaya təcavüzü də daxil olmaqla, Avropanın təhlükəsizliyi, demokratik davamlılığı və iqtisadi və enerji təhlükəsizlik kimi məsələlər yer aldı".


Yusif Bağırzadə qeyd edib ki, ASB-nin Tirana Sammiti yaxın keçmişdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə müşahidə olunan gərginliyin arxada qaldığını göstərdi:

"Azərbaycan özünün prinsipial mövqeyi ilə Aİ-yə rəsmi Bakıya nəyisə diqtə etməyin mənasız olduğunu, qarşılıqlı əməkdaşlığın diqtəyə yox dialoqa və qarşılıqlı faydalılıq pronsiplərə əsaslanmalı olduğunu qəbul etdirə bildi. Belə demək mümkünsə Fransanın timsalında bir sıra dövlətlərin və lobbi qruplarının Ermənistanı regionda Avropa İttifaqı üçün yeganə etibarlı tərəfdaş kimi təqdim etmək cəhdlərinə baxmayaraq, Bakı sistemli və prinsipial siyasəti ilə bu səylərin qarşısını almağı bacardı.

Avropa Siyasi Birliyinin sammiti beynəlxalq birliyin Azərbaycan olan münasibətini və ölkəmizə olan ehtiyacı qabarıq şəkildə ortaya qoymuş oldu".

Süleyman
Xəbəri paylaş