Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dörd ayda yol qəzalarında 67 uşaq ölüb

Dörd ayda yol qəzalarında 67 uşaq ölüb



Qazaxıstanda hər il yol qəzaları nəticəsində 300-dən çox uşaq ölür, dörd mindən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, təkcə bu ilin ilk dörd ayında respublika üzrə uşaqların iştirakı ilə iki mindən çox bədbəxt hadisə qeydə alınıb. Nəticədə 67 uşaq ölüb, üç yüzə yaxın uşaq xəsarət alıb.

Nazirliyin yaydığı açıqmada qeyd edilib ki, uşaqların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına yönəlmiş birgə işlərin aparılması üçün bütün imkanlardan istifadə etməliyik.

Cavid İmaməliyev
Xəbəri paylaş