Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı


Macarıstan parlamenti Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq haqqında qanun layihəsini təsdiqləyib.

Newscenter.az RİA Novostiy-ə istinadən bildirir ki, qanun layihəsini 134 deputat dəstəkləyib, 37 deputat əleyhinə çıxıb, 7 deputat isə bitərəf qalıb. Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyi bu qanun layihəsini əsaslandırmaq üçün parlamentə sənəd təqdim edib. Nazir Peter Szijyarto bildirib ki, Macarıstan beynəlxalq təşkilatların, xüsusən də cinayət məhkəmələrinin siyasi məqsədlər üçün istifadəsini qətiyyətlə rədd edir.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban aprelin əvvəlində İsrailin baş naziri Benyamin Netanyahunun Budapeştə səfəri zamanı ölkəsinin son illərdə bitərəflikdən siyasi təşkilata çevrildiyini deyərək Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarına gəldiyini açıqlamışdı.

Cavid İmaməliyev
Xəbəri paylaş