Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan və Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq əlaqələri quruldu

Özbəkistan və Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq əlaqələri quruldu


Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Macarıstanın Baş naziri Viktor Orban genişləndirilmiş strateji tərəfdaşlığın yaradılması haqqında birgə bəyannamə imzalayıblar.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan Milli Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, liderlərin iştirakı ilə qəbul edilmiş bir sıra hökumətlərarası və idarələrarası sənədlər, o cümlədən Ekstradisiya Müqaviləsi, İqlim Dəyişikliyi sahəsində əməkdaşlıq haqqında Saziş də imzalanıb.

Bundan başqa iki öıkə arasında təbii fəlakətlərin idarə olunması, elm və innovasiyalar, dinc nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında idarələrarası sazişlər də mübadilə edilib.

Qeyd edək ki, Özbəkistan prezidenti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Macarıstana səfərə gedib.

Süleyman
Xəbəri paylaş