Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tacikistanda “Qarabağ: milli irsin yaddaşı” adlı fotosərgisi nümayiş olunur

Tacikistanda “Qarabağ: milli irsin yaddaşı” adlı fotosərgisi nümayiş olunur


Tacikistanda Azərbaycan Fotoqraflar Birliyinin “Qarabağ: milli irsin yaddaşı” adlı fotosərgisi nümayiş olunur.

Newscenter.az-ın məlumatına görə, “Report”un Düşənbəyə ezam olunan əməkdaşı xəbər verir ki, fotosərgi Tacikistan Milli İncəsənət Muzeyində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" adlı sərgi çərçivəsində təqdim edilir.

Birliyin sədri Amira Süleyman “Report”a açıqlamasında bildirib ki, sərgi Vətən Müharibəsində qazanılan zəfərin beş illiyinə həsr olunub.

“Burada Qarabağ tarixini, onun tarixi-mədəni irsini özündə ehtiva edən fotolar nümayiş olunur. Sərgidə işğal dövründə abidələrə qarşı vandal münasibət, eləcə də işğaldan azad edildikdən sonrakı bərpa prosesinə diqqət çəkilir”, - o vurğulayıb.
Xəbəri paylaş