Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlıq daha da inkişaf etdirilməlidir

Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlıq daha da inkişaf etdirilməlidir


"Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Ən son təşkilata üzv ölkələrin bəzilərinin yunan Kipri ilə bağlı qəbul etdiyi qərar bir daha onu göstərdi ki, TDT daxilində hələ də güclü iş aparılmasına ciddi ehtiyac var. Düşünürəm ki, quruma üzv ölkələrin dövlət başçılarının Macarıstanda bu günlərdə keçirəcəkləri qeyri-rəsmi görüş bu mənada mühüm əhəmiyyət kəsb edəcək".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının Macarıstanda keçiriləcək qeyri-rəsmi görüşünü şərh edərkən səsləndirib. İctimai birlik sədri qeyd edib ki, Macarıstan toplantısında yaranmış məlum vəziyyətə də aydınlıq gətiriləcək və bundan sonra atılacaq addımlar, görüləcək işlər ətrafında fikir mübadiləsi aparılacaq:

"Hesab edirəm ki, Macarıstan görüşü həm də TDT-yə üzv ölkələrin dövlət başçılarının 12-ci Zirvə Görüşünə hazırlıq mahiyyəti daşıyır. Məlum olduğu kimi yaxın aylarda təşkilata üzv ölkələrin dövlət başçılarının Azərbaycanda sayca 12-ci Zirvə görüşü baş tutacaq. Həmin görüşdə TDT-nin həyatında yeni bir mərhələ ola bilər və çox güman ki, zirvə görüşündə mühüm qərarlar da qəbul olunacaq".

Arzuman Muradlı dövlət başçılarının qeyri-rəsmi görüşünün Macarıstanda keçirilməsinin də əhəmiyyətli olduğunu diqqətə çatdırıb:

"Macarıstan görüşü həm də Türk Dövlətləri Təşkilatının Avropaya, dünyaya açılımıdır. Düşünürəm ki, yaxın perspektivdə Türk Dövlətləri Təşkilatına beynəlxalq səviyyədə, ayrı-ayrı ölkələr prizmasından maraq daha da artacaq".

Süleyman
Xəbəri paylaş