Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Macarıstanın ticarət əlaqələrində müsbət dinamika davamlı xarakter alıb

Azərbaycanla Macarıstanın ticarət əlaqələrində müsbət dinamika davamlı xarakter alıb



"Macarıstanda Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı keçirilib. Toplantıdan əvvəl, mayn 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüləri olub və mətbuata bəyanatlar veriblər. Macarıstanın Baş naziri bildirib ki, ”tarixdə ilk dəfədir Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda keçirilir. Biz bu təşkilata tamhüquqlu üzv deyilik, müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün Zirvə toplantısına ev sahibliyi edirik.” Macarıstanın bu tədbirə ev sahibliyi etməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa sadiq olduğuna böyük əhəmiyyət verməsinin növbəti göstəricisidir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti bildirib ki, keçən il Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü Şuşa şəhərində keçiriləndən sonra bunun artıq ənənəyə çevrilməsini və ikinci bu cür tədbirin bu il müşahidəçi dövlət olaraq Macarıstanda keçirilməsini məmnunluq yaradır:

"Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir. Azərbaycan Prezidenti əlavə edib ki, ”bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində, Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. pay sahibidir. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır… Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyük miqyaslı yaşıl enerji gündəliyi vardır.”

Deputatın qənaətincə, mayın 20-də Budapeştdə Azərbaycan Prezidentinin Macarıstanın Baş naziri ilə görüşləri və mətbuata bəyanatlarla çıxışlarında toxunulan məsələlər göstərir ki, Azərbaycanın Macarıstanla Avropa İttifaqı və NATO üzvü kimi münasibətləri genişləndirilmiş uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə uyğun yeni hədəflərə doğru gedir:

"Həm də Türk Dövlətləri Təşkilatının hədəfləri kontekstində keyfiyyətcə tamamilə yeni məzmun kəsb etməyə başlayıb. Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının Budapeştdə keçirilmsi bir tərəfdən, Türk Dövlətləri Təşkilatının Macarıstana verdiyi önəmin bariz nümunsi, digər tərəfdən isə bu qurumun Avropa məkanına strateji çıxış əldə etməklə beynəlxalq arenada nüfuzunun artmasına və türk dövlərlərinin doğru saydığı əsas hədəfə doğru hərəkətində Macanıstan daxil bütün iştirakçi dövlətlərin rolunun artmasına əlavə impuls verəcəkdir.

Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlıq əsasında formalaşan və yüksək siyasi dialoqla xarakterizə olunan münasibətlər iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün yaxşı zəmin yaradıb. Münasibətlər iki ölkə arasında mövcud olan “Genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə”yə uyğun surətdə demək olar bütün sahə və istiqamətləri əhatə etməyə başlayıb. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu kontekstində Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdalıq xüsusi yer tutur. Ölkələrimizin yaxın siyasi münasibətləri iqtisadi, elmi-texniki, mədəni və digər sahələr üzrə əlverişli zəmin, eləcə də strateji şirkətlər və biznes qurumları arasında da əməkdaşlıq üçün lazımi çərçivələr yaradır".

Əli Məsimli qeyd edib ki, Azərbaycanla Macarıstanın ticarət əlaqələrində müsbət dinamika davamlı xarakter alıb:

"Belə ki, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 2005-ci ildə 4,8 milyon, 2010-cu ildə 14,3, 2015-ci ildə 17,9, 2020-ci ildə 38,9, 2022-ci ildə 47,4, 2023-cü ildə 48,4, 2024-cü ildə 62,3 milyon dollar təşkil edib. Yəni iki ölkə arasında ticarət dövriyyəsi son 20 ildə 13 dəfə, 15 ildə 4,4 dəfə, 10 ildə3,5 dəfə 4 ildə 1,6 dəfə, 2023-cü illə müqayisədə 2024-cü ildə isə 29 faiz artıb. Bu iki ölkə arasında əlaqələrin inkişafının dinamik xarakter daşımasının və getdikcə möhkəmlənməsinin mühüm göstəricisidir. Bununla belə, ölkələr arasındakı iqtisadi münasibətlərin dinamikası nisbi mənada məqbul sayıla bilsə də, onun miqyasları mütləq göstəricilər baxımından tərəflərin potensial imkanlarına və siyasi əməkdaşlığın intensivliik dərəcəsinə yetərincə cavab vermir. Əgər nəzərə alsaq ki, hər iki tərəf əməkdaşlıq sahələrini daha da genişləndirməkdə maraqlıdır, bu yöndə mövcud imkanlardan daha geniş istifadə edilməsini vacib hesab edirik. Strateji tərəfdaşlıq kontekstində enerji sahəsindəki əməkdaşlıqla yanaşı, ticari-iqtisadi əlaqələrin daha geniş planda inkişaf etdirilməsi regional təhlükəsizlik və iqtisadi inkişaf baxımından daha böyük perspektivlərə yol açacaq".

Süleyman
Xəbəri paylaş