Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ədalət Vəliyev Cevdet Yılmazla görüşdü

Ədalət Vəliyev Cevdet Yılmazla görüşdü



Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərlik etdiyi Qərbi Azərbaycan İcmasının nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

Newscenter.az Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən bildirir ki, görüş zamanı Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı məlumat verilib, məcburi köçkün Qərbi Azərbaycanlıların geri qaytarılması hüququ üçün görülən işlər barədə danışılıb. Söhbət zamanı qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik əlaqələri məmnunluqla vurğulanıb.

Ədalət Vəliyevin rəhbərlik etdiyi Qərbi Azərbaycan İcmasının nümayəndə heyəti həmçinin Türkiyəyə səfər çərçivəsində AK Partiya sədrinin müavini Efkan Ala ilə də görüşüb. Görüşdə Azərbaycan - Türkiyə münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.



Süleyman
Xəbəri paylaş