Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KKTC Türk Akademiyasına müşahidəçi üzv olur

KKTC Türk Akademiyasına müşahidəçi üzv olur


KKTC üçün daha bir yeni status verilir.

Newscenter.az xəbər verir ki, bu barədə Macarıstanda TDT-nin qeyri-rəsmi zorvə görüşündə qərar verilib.

Qeyd edək ki, Türk Akademiyası Türk Dövlətləri Təşkilatının çətiri altında türk ölkələri və icmaları arasında elm və təhsil sahəsində əməkdaşlığı koordinasiya edən və təşviq edən beynəlxalq təşkilatdır.

Türk Akademiyası öz hüquqi vəzifələri çərçivəsində türkologiya elminin müxtəlif aspektləri, o cümlədən tarix, arxeologiya, etnologiya, antropologiya, ədəbiyyat, dilçilik, terminologiya, incəsənət və sosial-iqtisadi məsələlərdə əməkdaşlıq edir.

Qeyd edək ki, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan Türk Akademiyasının qurucu üzvləri, Özbəkistan və Macarıstan isə müşahidəçi üzvlərdir.


Süleyman
Xəbəri paylaş