
Özbəkistanın paytaxtı Daşkənddə ilk dəfə olaraq “M360 Eurasia 2025” konfransı keçirilir.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bu, telekommunikasiya və rəqəmsal texnologiyalara həsr olunmuş ən böyük regional tədbirlərdən biridir.
İki gün davam edəcək müzakirələr və görüşlər rəqəmsallaşma prosesinin sürətləndirilməsinə, telekommunikasiya və İT sektorlarında mühüm beynəlxalq razılaşmaların əldə olunmasına kömək edəcək.
Həmçinin konfransda 5G, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal infrastrukturda ən son yenilikləri müzakirə ediləcək.
Mobil texnologiyalardan istifadənin yeni yollarını araşdırmaq, davamlı iqtisadi artımı təşviq etmək və rəqəmsal inklüzivliyi təşviq etmək məqsədi daşıyan tədbirdə 500-dən çox nümayəndə, 40-dan çox tanınmış məruzəçi və 200-dən çox beynəlxalq İT şirkətinin nümayəndələri iştirak edir.
Bu tədbir Mərkəzi Asiyada rəqəmsal transformasiyanın inkişafı istiqamətində mühüm addım hesab edilir.
Süleyman