Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstan Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir

Macarıstan Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir


“Macarıstan Azərbaycanın Avropada ən etibarlı, ən yaxın tərəfdaşlarından biridir. İki ölkə arasında təkcə ikitərəfli formatda deyil, eləcə də müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində çox güclü, qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. İki ölkə arasında həyata keçirilən hər bir səfər Budapeştlə Bakı arasında münasibətlərin yeni bir mərhələyə qəfəm qoymasına, əlaqələrin daha da inkişaf etməsinə öz müsbət təsirini göstərir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana səfərini şərh edərkən səsləndirib. Səfər çərçivəsində Azərbaycan Prezidentinin Macarıstanın baş naziri Viktor Orbanla məhdud və geniş tərkibdə görüşdüyünü diqqətə çatdıran millət vəkili bildirib ki, bu görüş həm də Azərbaycanla Macarıstan arasında sıx siyasi dialoqun mövcud olduğunun göstəricisidir:

“Mütəmadi şəkildə keçirilən görüşlər, aparılan məsləhətləşmələr iki ölkə arasında əlaqələrdə yeni-yeni imkanların meydana çıxmasına yol açır. Onu da qeyd etmək lazımdır ki, bu əməkdaşlıqdan təkcə Bakı yox, eyni dərəcədə Budapeşt də maraqlıdır və yerləşdiyimiz coğrafiyada Azərbaycanla əməkdaşlığa xüsusi üstünlük verir. Təsadüfi deyil ki, elə Cənab Prezidentlə görüşü zamanı Macarıstanın baş naziri Viktor Orban da bunu açıq şəkildə ifadə etdi. O bildirdi ki, ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf edir və bundan son dərəcədə məmnundur. Eyni zamanda Viktor Orban Macarıstan iqtisadiyyatının çətin vaxtlarında Azərbaycanın dost ölkə olaraq göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı. Həqiqətən də bu bir reallıqdır. Çünki Rusiya-Ukrayna müharibəsi başlayandan gərginləşən Rusiya-Avropa münasibətlərindən əksər qitə ölkələri kimi Macarıstan da az zərər görməyib. Xüsusilə, enerji təminatı məsələsində Budapeşti ciddi narahat edən çətinliklər ortaya çıxıb. Lakin həmin çətinliklər cənab Orbanın da dediyi kimi dostluğa, müttəfiqliyə, tərəfdaşlığa hər zaman sadiq qalan Bakı tərəfindən aradan qaldırılıb. Bu gün də Macarıstanın enerji təhlükəsizliyinin təminatı istiqamətində Azərbaycan mühüm rol oynayır”.

İlham Məmmədov onu da qeyd edib ki, rəsmi Budapeşt də öz növbəsində Bakının bu dəstəyini yüksək qiymətləndirir və dostluq münasibətlərinə xas jesti ilə Azərbaycanla əlaqələrə yüksək dəyər verdiyini sübuta yetirir. Millət vəkilinin sözlərinə görə, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Soltanlı kəndində Macarıstan tərəfindən məktəb tikintisi layihəsinin həyata keçirilməsi, eyni zamanda azərbaycanlı tələbələrin Macarıstanda təhsil almaları üçün şəraitin yaradılması və onlara təhsil təqaüdlərinin ayrılması deyilənlərin sübutudur.

Süleyman
Xəbəri paylaş