
Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunda Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gülün başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə “Özbəkistan-Türkiyə: Hərtərəfli strateji tərəfdaşlığın perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, tədbirdə Türkiyənin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Ufuk Ulutaş, Özbəkistan Respublikası Ali Məclisi Senat Komitəsinin sədri Əlişir Agzamxocayev, iki ölkə parlamentinin deputatları, həmçinin Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun ekspertləri iştirak ediblər.
Görüşdə Özbəkistan və Türkiyə arasında əməkdaşlığın inkişafının əsas istiqamətləri, o cümlədən siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrin genişləndirilməsi, habelə regional təhlükəsizlik və qlobal inkişafın aktual problemləri nəzərdən keçirilib.
Süleyman