Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan və Macarıstan nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək

Özbəkistan və Macarıstan nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək


Özbəkistan və Macarıstan nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bununla əlaqədar Özbəkistanın Uzatom Agentliyi və Macarıstanın MVM EGI Zrt. Dövlət müəssisəsi arasında əməkdaşlıq müqaviləsi və anlaşma memorandumu imzalanıb.

Sənədlər iki ölkə arasında nüvə texnologiyaları sahəsində birgə layihələrin həyata keçirilməsi, yeni işlənmələrin tətbiqi, tikinti sahələrinin soyutma sistemlərinin təchizatı, habelə mütəxəssislərin hazırlanması və yenidən hazırlanması sahəsində uzunmüddətli əməkdaşlığı nəzərdə tutur. O, həmçinin atom elektrik stansiyalarının tikintisində əməkdaşlıq mexanizmlərini müəyyən edir.

Mehman Mehdiyev
Xəbəri paylaş