
Qazaxıstan parlamenti Astana və Bişkek arasında müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında müqavilənin ratifikasiyası haqqında qanun qəbul ediblər.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Bildirilib ki, sazişin əsas məqsədi ikitərəfli əməkdaşlığa əlavə təkan verməkdir. Bu məqsədlə sənəd siyasi, hərbi, ticarət-iqtisadi, investisiya, kənd təsərrüfatı, tranzit və nəqliyyat, su-energetika, təhsil, elmi-texniki və mədəni-humanitar sahələrdə əlaqələrin genişləndirilməsini nəzərdə tutur.
Bundan əlavə, tərəflər müasir təhlükəsizlik çağırışlarına və təhdidlərinə, o cümlədən terrorizm, ekstremizm və separatizmə, transmilli mütəşəkkil cinayətkarlığa, kibercinayətkarlığa, qeyri-qanuni miqrasiyaya, insan alverinə, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığı genişləndirəcək və dərinləşdirəcək.
Cavid