
"Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edam edilməsi xəbəri uzun müddətdir ki, iki ölkə arasında davam edən gərginlik fonunda yaxşı xəbərdir. Təbii ki, buna gedən yol uzun oldu. Azərbaycanın dəfələrlə bu barədə İran rəsmilərinə tələb və xəbərdarlıq edirdi. Görünən də odur ki, İran hakimiyyəti məsələnin uzanmasının ikitərəfli münasibətlərə ağır zərbə vuracağından ehtiyat edərək sonda Azərbaycanın tələbini yerinə yetirdi".
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, Tehran və Bakı arasındakı gərginlikdə daima İran tərəfi günahkar idi:
"Bunun səbəbləri çox idi. Azərbaycan tərəfi həmişə konstruktiv tərəf kimi çıxış edirdi.
Regionda əlavə gərginlik mənbəyi yaratmaq istəmirdi. Sadəcə İran tərəfi bəzi hallarda hadisələrə aşırımünasibət göstərməklə gərginlik yaradırdı. Hesab edirəm ki, mövcud hal ölkələrin qarşılıqlı əlaqələrində yeni mühit yaradacaq".
Süleyman