
Bu ilin iyun ayından etibarən Almatı “Türk Dövlətləri Təşkilatının Gənclər Paytaxtı” olacaq.
Newscenter.az Akorda-ya istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində çıxışı zamanı deyib,
Tokayev Qazaxıstanın türk xalqlarının birlik və həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlərə diqqət çəkib. Bildirib ki, Qazaxıstanın Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndəsi təyin edilib:
"Biz yaxın vaxtlarda Daimi Nümayəndəliyi açmağı planlaşdırırıq".
Anar Əliyev