
2025-ci ilin əvvəlindən Avrasiya İqtisadi İttifaqının xarici borcu 26 milyard dollar azalıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Avrasiya İqtisadi Komissiyası məlumat yayıb.
Bildirilib ki, Avrasiya İqtisadi İttifaqı ölkələrinin ümumi xarici borcu ötən illə müqayisədə 4,9% azalaraq 518,1 milyard dollar təşkil edib.
Ötən ilin göstəriciləri ilə müqayisədə xarici borcun ən çox azalması Rusiyada (8,8%) və Belarusda (4,4%) müşahidə olunub.
Ermənistan və Qırğızıstanda isə müvafiq olaraq 4,7% və 12,8% artım tempi var. Qazaxıstanda 0,7% cüzi artım qeydə alınıb.
Fuad