Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəzərin səviyyəsinin aşağı düşməsi regionun ekologiyasına və iqtisadiyyatına mənfi təsir göstərir

Xəzərin səviyyəsinin aşağı düşməsi regionun ekologiyasına və iqtisadiyyatına mənfi təsir göstərir


"Son illər Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Bu vəziyyət regionun ekologiyasına və iqtisadiyyatına, eləcə də əhalinin rifahına mənfi təsir göstərir".

Newscenter.az Akorda-ya istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev deyib. O bildirib ki, dünyada artan təbii fəlakətlərlə mübarizə üçün qüvvələrin səfərbər edilməsi məsələsi son dərəcə aktualdır.

Prezident türk dövlətlərini bu istiqamətdə birgə elmi araşdırmalar aparmağa və birgə layihələr hazırlamağa çağırıb.

Tokayev, neft, qaz, uran və digər malların tədarük zəncirlərinin şaxələndirilməsində TDT-nin potensialından istifadənin zəruriliyinə diqqət çəkib.

Qasım-Jomart Tokayev beynəlxalq ekspertlərin son vaxtlar Transxəzər neft-qaz kəmərinin tikintisi təşəbbüsünü müzakirə etdiyini qeyd edərək, belə layihələrin çox irimiqyaslı olduğunu və transmilli əməkdaşlıq tələb etdiyini qeyd edib.

Cavid İmaməliyev
Xəbəri paylaş