
Milli Məclisin deputatı Mahir Süleymanlı mayın 22-də Şabran rayonunun Dəvəçi kəndində növbəti vətəndaş qəbulu keçirib.

Newscenter.az Mahir Süleymanlının Deputat Ofisinə istinadən bildirir ki, görüş zamanı kənd sakinlərinin qaldırdıqları müxtəlif məsələlər diqqətlə dinlənilib. Yerində həlli mümkün olan problemlər dərhal aradan qaldırılıb.

Digər müraciətlər isə müvafiq qurumlara yönləndirilməsi və icrasına nəzarət olunması məqsədilə qeydiyyata alınıb.

Süleyman