Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Qəzzada həlledici əməliyyata başladı

İsrail Qəzzada həlledici əməliyyata başladı


"İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza sektorunda HƏMAS radikal hərəkatının məhv edilməsi üçün hərbi əməliyyatın həlledici mərhələsinə başlayıb. Bu barədə İsrail baş naziri ofisinin müşaviri Dmitri Gendelman öz "Telegram" kanalında yazıb. "İsrail Müdafiə Ordusunun tutduğu hər bir metr HƏMAS-ın məğlubiyyətinə, girovların azad edilməsinə və sabitliyin bərpasına bir addım daha yaxınlaşmaq deməkdir", - deyə o qeyd edib.

Gendelman qeyd edib ki, quru qoşunları qüvvələri Qəzza sektorunun dərinliklərinə doğru irəliləyir, HƏMAS-ın strukturlarına dəqiq zərbələr endirir və əsas mövqeləri tutur. İsrailin başladığı əməliyyatda 2 əsas məqsəd var".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O bildirib ki, Həmasın və Qəzza bölgəsində olan digər silahlı qruplaşmaların məhv edilməsidir:

"Uzun müddətdir ki, bu vilayəti idarə edən Həmas burda çoxsaylı yeraltı tunellər, gizli məntəqələr inşa edib. Hansı ki, burda silah anbarları, komanda - qərargah məntəqələri və təşkilatın dayaq məntəqələri yerləşir. Tel - Əviv Həmasın əlindəki girovların da məhz hərbi əməliyyatlar çərçivəsində özü tərəfindən azad edilməsini də istəyir. Əsirlərin danışırlar yolu ilə azad edilməsi Həmasa bazarlıq imkanı yaradır. İsrail bu məsələdə heç bir məsələdə güzəştə getmək istəmir. Əməliyyatların keçirilməsində ikinci məqsəd isə Qəzzadakı əhalinin buradadan çıxarılması və başqa ölkəyə köçməyə məcbur etməkdir".

Politoloqun sözlərinə görə,, Gendelmanın açıqlamasında " hər metr " üçün mübarizə apardıqlarını bəyan etməsi onu göstərir ki, İsrail Qəzzaya nəzarəti ələ keçirməyə çalışır:

"ABŞ prezidenti Donald Trampın Qəzzadan insanların köçürülməsi ilə bağlı təklifi var. Ancaq Misir bunun əvəzinə Qəzzanın Ramallahda yerləşən Fələstin Muxtariyyətinin hökumətinə təhvil verilməsini təklif etmişdi. Ancaq Benyamin Netanyahu hökuməti müstəqil Fələstin dövlətinin yaradılmasını istəmir və buna görə də yaradılacaq ölkənin əsas vilayətlərini - İordan çayının sahilləri və Qəzza bölgəsinin elə keçirərək burda yəhudi yaşayış məskənlərinin salır. Te - Əviv əməliyyatlara beynəlxalq ictimaiyyət arasında haqq qazandırmaq üçün İsrailin özünümüdafiə haqqını irəli sürüb. Əgər ərəb ölkələri Tramp vasitəsi ilə əməliyyatı dayandıra bilməsə, ehtimal ki, İsrail nəzərdə tutduğu hər iki məqsədinə nail olacaq".

Anar Əliyev
Xəbəri paylaş