
Özbəkistandan Rusiya Federasiyasına uçuşların sayı artırılacaq.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, ilkin mərhələdə Daşkənddən Sankt-Peterburqa uçuşların sayının artırılması nəzərdə tutulub.
Belə ki, "Özbəkistan Hava Yolları" Daşkənd - Sankt-Peterburq - Daşkənd marşrutu üzrə uçuşların sayını artırmağı qərarlaşdırıb. Belə ki, iyunun 15-dən etibarən hər bazar günü əlavə reyslər həyata keçiriləcək.
Daşkənddən Sankt-Peterburqa uçuş saat 18:40-da, əks istiqamətə isə 21:50-də baş tutacaq.
Süleyman