Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cari ilin birinci yarısında 1,4 milyon əmlak satılıb

Cari ilin birinci yarısında 1,4 milyon əmlak satılıb


Türkiyə daxilində satılan əmlakların sayı ilin ilk yarısında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq 1 milyon 414 min 382-yə çatıb.

Newscenter.az Türkiyənin Milli Statistika Təşkilatına istinadən bildirir ki, yaşayış, torpaq, əkin sahələri, iş yerləri və ticarət obyektləri daxil olmaqla bütün daşınmaz əmlakların satışı yeni ilə sürətlə başlayıb və ilin birinci yarısında da bu sürəti davam edib.

İlk altı ayda daşınmaz əmlak satışı yanvar, fevral, aprel, may və iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə artsa da, yalnız mart ayında azalıb. Martda qismən azalma 0,8 faiz təşkil edib.

Ölkə üzrə satılan əmlakların sayı yanvarda 238 938, fevralda 232 756, martda 222 934, apreldə 237 829, mayda 263 643, iyunda 218 282 olub. Keçən ay satılan əmlak sayında illik 33 faiz artım diqqət çəkib.

Mehman Mehdiyev
Xəbəri paylaş