Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident medianın qarşısında duran yeni hədəfləri göstərdi

Prezident medianın qarşısında duran yeni hədəfləri göstərdi


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Milli Mətbuatın yaranmasının 150 illiyi ərəfəsində media sahəsində xidmətləri olan qələm əhlini təltif etməsi, onlara fəxri adlar verməsi dövlət başçısının mətbuata göstərdiyi diqqət və qayğının əyani təzahürü idi.

Bu fikirləri Newscenter.az-a Əməkdar jurnalist, "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai birlik sədri deyib ki, media mənsubları, ümumilikdə mətbuat hər zaman dövlətin, dövlət başçısının diqqət və qayğısı ilə əhatələnib.

Prezident İlham Əliyevin 22 iyul, Milli Mətbuat Günü media nümayəndələrinə ünvanladığı müraciətə də diqqət çəkən Süleyman İsmayılbəyli deyib ki, Cənab Prezidentin sözügedən müraciətində həm də medianın yeni dövrdə üzərinə düşən vəzifələr, qarşıdakı hədəflər aydın şəkildə göstərilib:

"Cənab Prezident müraciətində əminliklə ifadə edir ki, qarşıdan gələn dövrdə milli mətbuatımızın qlobal informasiya məkanında yerinin daha da möhkəmlənməsini təmin etmək məqsədilə media savadlılığının yüksəldilməsi, ən qabaqcıl kommunikasiya texnologiyalarının tətbiqi, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellektin tətbiqi, dezinformasiya və saxta xəbərlərlə mübarizə kimi amillər aparıcı rol oynayacaqdır".

Əməkdar jurnalist onu da vurğulayıb ki, dövlət başçısının qeyd etdiyi kimi mətbuatın üzərinə yenui məsuliyyət düşür:

"Dövlət başçısının müraciətində qeyd edildiyi kimi dünyada yeni media landşaftının bərqərar olduğu mürəkkəb rəqabət mühitində fəaliyyət göstərən milli mətbuatımızın üzərinə xüsusi məsuliyyət düşür. Belə ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və “deepfake”lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır".

Anar Əliyev
Xəbəri paylaş