Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada ölənlərin sayı 60 minə çatır

Qəzzada ölənlərin sayı 60 minə çatır


İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 60 minə çatır.

Newscenter.az xəbər verir ki, bunu Fələstin Hökumətinin Səhiyyə Nazirliyi açıqlayıb. Bildirilib ki, 2023-cü ilin oktyabrından İsrailin Qəzzada həyata keçirdiyi əməliyyat nəticəsində 59 587 nəfər həlak olub.

Açıqlamada qeyd olunub ki, son 24 saatda Qəzza xəstəxanalarına 89 ölü və 453 yaralı gətirilib.

Bu il, yanvarın 19-da razılaşdırılan atəşkəsin dayandırılmasından sonra İsrail ordusunun Qəzzada martın 18-dən bu yana başlatdığı hücumlarda 8447 fələstinlinin öldüyü, 31457 fələstinlinin isə yaralandığı bildirilib.

Qəzza zolağında minlərlə cəsədin hələ də dağıntılar altında qaldığı ehtimal olunur.


Mehman Mehdiyev
Xəbəri paylaş