
Rusiya və Qazaxıstan yanğından mühafizə sahəsində birgə təlimlər keçirir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, təlimlər Pavlador vilayətində baş tutub. Məlumata görə, Pavlodar vilayətinin Terenkol rayonunda meşə və çöl yanğınlarının söndürülməsi üzrə “Meşə-2025” irimiqyaslı transsərhəd təlimi keçirilib.
Təlim regional fövqəladə hallar idarəsi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsi ilə birgə təşkil olunub.
Təlim proqramı çərçivəsində operativ məlumat mübadiləsinə, bütün səviyyələrdə hərəkətlərin əlaqələndirilməsinə, aviasiya texnikası və pilotsuz uçuş aparatlarından istifadəyə, həmçinin təxliyə tədbirlərinə xüsusi diqqət yetirilib.
Anar Əliyev