Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərnişin avtobusu qəzaya uğradı, yaralılar var

Sərnişin avtobusu qəzaya uğradı, yaralılar var


Türkiyədə sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Anadolu magistralının Kocaeli hissəsində qeydə alınıb. Belə ki, sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində biri ağır olmaqla 7 nəfər yaralanıb.

Hadisə yerinə jandarma, yanğınsöndürən və xilasedicilər göndərilib.

Avtobusda olan 7 yaralıya tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Anar Əliyev
Xəbəri paylaş