
"Azərbaycan, Ermənistan və Rusiyanin imzaladığı 10 noyabr "Birgə Bəyannaməsi" fiaskoya uğradı. Moskva 10 noyabr "Birgə Bəyannaməsinin" qüvvədə olduğunu daima vurğulayıb. Məhz Bəyannamənin 9-cu bəndi Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqelərini möhkəmləndirmək və Orta dəhlizə nəzarət mexanizmini nəzərdə tuturdu. Rusiyanın Cənubi Qafqaz regionuna öz arxa bağçası kimi baxması, Azərbaycan və Ermənistan arasında sülhə imkan verməməsi proseslərin Kremlin nəzarətindən çıxmasi ilə nəticələndi".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədulazadə deyib.
O bildirib ki, ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində proseslərə ədalətli yanaşdı:
"Məhz Azərbaycan prezidenti cənab İlham Əliyevin təkliflərini D. Tramp məqbul hesab etdi. ABŞ Cənubi Qafqazı Rusiya və İranın aqressiv tonlarından qorumaq vəzifəsini icra etməlidir. Çünki, Qərblə-şərqi birləşdirən əsas nəqliyyat arteriyasına nəzarət edəcək".
Süleyman