
"Bu gün vasitəçi ABŞ olsa da mövcud sülh atmosferini yaradan, onu mümkün edən, Ermənistanı imza atmağa məcbur qoyan ölkə birmənalı şəkildə Azərbaycandır. İndi isə ABŞ prosesi son mərhələyə çatdırmaq, müqavilənin bağlanması üçün qarşıdakı maneələri süpürüb kənara atmaqla məşğuldur və o bunu bacarır".
Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O vurğulayıb ki, bu bir reallıqdır:
"Sabahın isə özünə məxsus reallığı olacaqdır. Zəngəzur dəhlizinin beynəlmiləlləşməsi və açılması, ABŞ-ın regionda iqtisadi iştirakı Qafqazda yeni bir nizam formalaşdıracaq. Növbəti 20–30 ildə isə əsas həlledici faktir iqtisadi model seçimi olacaqdır".
Eldəniz Əmirov deyib ki, iqtisadi modelini Amerikanın iqtisadi arxitekturasına daha yaxın quran ölkələr digər qonşularından daha güclü oyunçulara çevriləcək:
"Bu mərhələ artıq başlayır".
Süleyman