Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ səfəri, reallıqların qəbulu

ABŞ səfəri, reallıqların qəbulu


"Cənab Prezident İlham Əliyevin həmkarı Donald Trampın dəvəti ilə ABŞ-a işgüzar səfəri və səfər çərçivəsində Cənubi Qafqazın taleyini həll etmək iqtidarında olan siyasi proseslərin yaşanması özlüyündə yeni bir dövrün xəbərçisidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, dövlət başçısı səfərdə BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz imkanları hesabına həll edən, işğalı sonlandıran, çox illik münaqişəni bitirib regionda yeni geosiyasi reallıqlar yaradan qalib lider kimi qatılır və tarixi zəfərimizin dünyanın qlobal gücü tərəfindən qəbul edilməsi də mahiyyət etibarilə məhz növbəti diplomatik uğurumuzdur:

"Donald Tramp sələfi Baydendən fərqli olaraq perspektivləri lazımı səviyyədə qiymətləndirən, praqmatik və ölkəsinin strateji imperativlərini doğru istiqamətə yerləşdirməyi bacaran liderdir. O, Cənubi Qafqazın geosiyasi - geoiqtisadi əhəmiyyətini yaxşı anlayır və bu kontekstdə sülh təşəbbüsü ilə regionda dayaq nöqtəsi formalaşdırmağa çalışır".

Pərviz Mirizadə qeyd edib ki, Cənubi Qafqaz Avrasiya məkanında coğrafi mövqeyi baxımından kilid rola malikdir:

"Xəzərin Qərb sahilindən Mərkəzi Asiyaya uzanan böyük enerji resurslarına ən əlverişli çıxış məhz burdan başlayır. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin reallaşdırılması əsas müzakirə predmeti kimi öz aktuallığını saxlayır. Təbii ki, pərdənin digər üzündə Pekinlə rəqabət də öz əksini tapır. Lakin bütün hallarda mövcud tendensiya region üçün, xüsusilə, onun siyasi-iqtisadi və lokomotivi olan Azərbaycan üçün müsbətdir".

Süleyman
Xəbəri paylaş