
"Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Ev rəhbəri Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfəri başlayıb. Bu, ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O deyib ki, bütün dünyanın diqqəti Trampın moderatorluğu ilə Ağ Evdə keçiriləcək Azərbaycan-Ermənistan danışıqlarına yönəlib:
"Sabah Ağ Evdə baş tutacaq üçtərəfli görüş (Əliyev-Tramp-Paşinyan görüşü) regionda yeni geosiyasi arxitekturanın formalaşması baxımından həlledici rol oynayacaq. Cənubi Qafqazın yeni geosiyasi, geoiqtisadi dizaynında Azərbaycan aparıcı rola malikdir.
Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri Azərbaycan xarici siyasətinin uğurlu göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə Azərbaycanın artan rolunun təsdiqidir. Azərbaycan diplomatiyası hazırda özünün ən parlaq dövrünü yaşayır".
Süleyman