Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Göyçayın Potu kəndinə bir aya yaxındır su verilmir

Göyçayın Potu kəndinə bir aya yaxındır su verilmir


Yay mövsümündə, həddən artıq isti günlərdə əhalinin içməli suya tələbatı artdığı bir halda, təəssüflər olsun ki, əlaqədar qurumlar əhalinin tələbatını qarşılamaq əvəzinə fəaliyyətsizlikləri ilə insanlara əlavə problem yaradırlar. Necə ki, Göyçay rayonun Potu kəndində olduğu kimi.

Newscenter.az-a kənd sakinləri bildiriblər ki, bir aya yaxındır Potu kəndinə içməli su verilmir. Kənd sakinləri yeganə çıxış yolunu maşınlarla su almaqda görür. Buna maddi imkanı çatmayanlar isə içməli suya olan tələbatını kənddəki ümumi istifadə üçün olan su mənbələri, içməyə yararsız olan arxlar vasitəsilə qarşılayır. Sakinlər əlaqədar qurumlardan bunun səbəbini soruşduqda isə onlara müəyyən problemlərin olduğu bildirilib.

Qeyd edək ki, bir aya yaxındır mövcud olan susuzluq problemi Potu kəndinin kənd təsərrüfatına da təsirsiz ötüşməyib. Kəndəki meyvə ağacları, digər təsərrüfat sahələri susuzluqdan məhv olub.

Süleyman
Xəbəri paylaş