
"Zəngəzur dəhlizinin açılmasını özünün "qırmızı xətti" elan edən Tehran rejimi, N. Paşinyana dəstək verirdi. İndi proseslər İranın əleyhinə işləyir. Daima Azərbaycanı üçüncü ölkələri regiona gətirməkdə iddiham edən İran, özünün ən böyük düşmənini qardaşı və müttəfiqi hesab edən Ermənistan şimal qapısına gətirdi. ABŞ-ın Cənubi Qafqaza, İranla sərhəddə yerləşməsi, Ermənistanın İrandan uzaqlaşması demək olacaq".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, İran Ermənistandan istifadə edərək Azərbaycana qarşı vəkalət müharibəsi aparıb:
"İndi, Ermənistan rəhbərliyi Rusiya və İranın əsas rəqibi olan ABŞ-la əməkdaşlığı inkişaf etdirir. Rusiya və İranın nəzarət etmək istədiyi "Zəngəzur" dəhlizini Vaşinqtonun nəzarətinə verir".
Politoloq bildirib ki, İran regional layihələrdən kənarda qalacaq:
"ABŞ, İran yüklərinin Zəngəzur dəhlizindən-"Tramp" körpüsündən istifadəsinə imkan verməyəcək. Bununla da İranın panturkist siyasəti öz əleyhinə işlədi. Eyni zamanda, İranın muhafizəkar dairələri növbəti uğursuzluqla üzləşdi. İran rejimi dostu Ermənistandan ağır "şapalaq" yedi. İran elan edirdi ki, Zəngəzur dəhlizinə qarşı ordu yeridə bilər. Amma, bundan sonra qarşısında ABŞ-ı görəcək".
Süleyman