Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kamboca Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Kamboca Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb


Kamboca hökuməti ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.

Newscenter.az xəbər verir ki, müvafiq məktubu Nobel Komitəsinə Kambocanın Baş naziri Hun Manet göndərib.

"Kamboca Krallığının Baş naziri olaraq, dünyada sülhün möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə ABŞ-nin 45-ci və 47-ci Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini rəsmi olaraq irəli sürmək şərəfinə malikəm. Bu, təkcə mənim şəxsi minnətdarlığımı deyil, həm də Kamboca xalqının Kamboca və Tailand arasındakı sərhəddə sülh və sabitliyin bərpasında həlledici roluna görə səmimi minnətdarlığımı əks etdirir", - Kamboca Mətbuat Agentliyi məktubun mətnini təqdim edib.

Baş nazir qeyd edib ki, ABŞ Prezidentinin vaxtında müdaxiləsi "potensial dağıdıcı münaqişənin qarşısını alıb, insan həyatlarının xilas edilməsində mühüm rol oynayıb və iki ölkə arasında sülhün bərpasına yol açıb".(report)
Xəbəri paylaş